Ucnoqta.az
www.ucnoqta.az

“Prius” yolu keçən piyadanı vurub öldürdü

12:53 - 29 Noyabr 2023 tarixində dərc olunub.

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Ucnoqta.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə "Buta Palace"ın qarşısında qeydə alınıb. Orxan Fətullayev idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yolu keçən 1964-cü il təvəllüdlü Elşən Əli oğlu Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası