Ucnoqta.az
www.ucnoqta.az

Zəngilanda top mərmiləri tapılıb

09:30 - 29 Noyabr 2023 tarixində dərc olunub.

Zəngilan rayonunda top mərmiləri aşkar edilib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Sarıqışlaq kəndi ərazisində 3 müxtəlif çaplı top mərmisi və 3 barıt atımı aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası