Ucnoqta.az
www.ucnoqta.az

Bakıda ticarət mərkəzində yanğın olub

17:12 - 28 Noyabr 2023 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsində ticarət mərkəzində yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Ucnoqta.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası