Ucnoqta.az
www.ucnoqta.az

İl-76 təyyarəsi Şeremetyevoda qəza enişi edib

20:00 - 27 Noyabr 2023 tarixində dərc olunub.

Novosibirskdən gələn ağır nəqliyyat təyyarəsi İl-76 Moskva Şeremetyevo hava limanına təhlükəsiz eniş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti mənbələri məlumat yayıb.

Məlumata görə, təyyarə Moskva vaxtı ilə saat 17:46-da yerə enib.

Bundan bir qədər əvvəl fövqəladə hallar xidməti təyyarənin naviqasiya sistemindəki nasazlıq səbəbindən Şeremetyevoda təcili eniş etməyə hazırlaşdığını bildirmişdi.

Müəllif: Ucnoqta.az redaksiyası