Ucnoqta.az
www.ucnoqta.az

“Kəpəz”in idman direktoru klubdan ayrılıb

18:07 - 27 Noyabr 2023 tarixində dərc olunub.

“Kəpəz”in idman direktoru Mehman Allahverdiyev klubdan ayrılıb.

Bu barədə “Report”a açıqlamasında 63 yaşlı mütəxəssis özü məlumat verib.

O bildirib ki, idman direktoru vəzifəsini tərk edib. Lakin veteran futbolçu hələ ki, Gəncə təmsilçisinin İdarə Heyətinin üzvü kimi işini davam etdirdiyini vurğulayıb.

Qeyd edək ki, Mehman Allahverdiyev 2022-ci ilin yayında “Kəpəz”in idman direktoru vəzifəsinə təyin olunmuşdu.

Müəllif: Ucnoqta.az redaksiyası