Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə pambıq qəbulu məntəqəsində yanğın olub

17:13 - 27 Noyabr 2023 tarixində dərc olunub.

İmişlidə pambıq qəbulu məntəqəsində yanğın olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Xubyarlı kəndində pambıq qəbulu məntəqəsinin ərazisində 299 ton pambığın 3 tonu yanıb. Pambığın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası