Ucnoqta.az
www.ucnoqta.az

Lerikdə dağlıq-meşəlik ərazidə yanğın başlayıb

12:00 - 26 Noyabr 2023 tarixində dərc olunub.

Lerikdə dağlıq-meşəlik ərazidə yanğın başlayıb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə Lerik rayonu, Xanagah kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası