Ucnoqta.az
www.ucnoqta.az

Sakit okeanda 6,7 ​​bal gücündə zəlzələ baş verib

13:49 - 24 Noyabr 2023 tarixində dərc olunub.

Sakit okeanda Mariana adaları yaxınlığında 6,7 ​​bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı 45 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası