Ucnoqta.az
www.ucnoqta.az

Xırdalanda ata və oğlu bıçaqlanıb

10:02 - 24 Noyabr 2023 tarixində dərc olunub.

Noyabrın 23-də gecə saatlarında Xırdalan şəhərində ata və oğluna kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ramal Zamanov saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası