Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə Cihazqayırma zavodunda yanğın başlayıb

18:41 - 23 Noyabr 2023 tarixində dərc olunub.

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb. Orada yerləşən Cihazqayırma zavodunda anidən yanğın başlayıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Müəllif: Ucnoqta.az redaksiyası