Ucnoqta.az
www.ucnoqta.az

Qəbələdə 2 mərtəbəli ev yanıb

15:47 - 23 Noyabr 2023 tarixində dərc olunub.

Qəbələdə iki mərtəbəli evdə yanğın olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, rayonun Vəndam qəsəbəsində ikimərtəbəli, 7 otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları, birinci mərtəbəsində 1 otağın tavanı və bitişik olan talvarın yanar konstruksiyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası