Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan təsdiqlədi: sərhəddə görüş keçiriləcək ...

11:42 - 23 Noyabr 2023 tarixində dərc olunub.

Noyabrın 30-da Ermənistanla Azərbaycan sərhəddində görüş keçiriləcək

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. Məlumata görə, noyabrın 30-da iki ölkənin sərhəddində sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçiriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası