Ucnoqta.az
www.ucnoqta.az

NATO Kosovodakı kontingentinin sayını artırıb

15:46 - 22 Noyabr 2023 tarixində dərc olunub.

NATO artıq Kosovodakı hərbi kontingentini 1000 nəfər artırıb

Ucnoqta.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Şimali Makedoniyada NATO mətbuat xidməti tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

Stoltenberq Kosovodakı vəziyyətin sabitliyinin pozulmasının NATO üçün narahatlıq doğurduğunu vurğulayıb.

Müəllif: Ucnoqta.az redaksiyası