Ucnoqta.az
www.ucnoqta.az

Vanuatu sahillərində güclü zəlzələ olub

09:44 - 22 Noyabr 2023 tarixində dərc olunub.

Vanuatu sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası