Rusiya prezidenti Vladimir Putin G20 sammitində onlayn iştirak edəcək və burada qlobal iqtisadiyyat və maliyyədəki vəziyyəti müzakirə edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“22 noyabr 2023-cü ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans vasitəsilə G20-nin fövqəladə sammitində iştirak edəcək”, - deyə Kremldən bildirilib.
Qeyd olunur ki, görüş zamanı Hindistanın builki sədrliyinin yekunlarına yekun vurulması planlaşdırılır. Tərəflər həmçinin qlobal iqtisadiyyat, iqlim, rəqəmsallaşma və digər məsələləri müzakirə etməyi planlaşdırırlar.