Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda motosiklet DYP avtomobilinə çırpılıb

14:39 - 21 Noyabr 2023 tarixində dərc olunub.

Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, “Opel” markalı minik avtomobili motosikleti vurub. Bu zaman idarəetmədən çıxan motosiklet yol polisinin xidməti avtomobilinə çırpılıb. Nəticədə motosikletin sürücüsü xəsarət alıb.

Fakt araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası