Ucnoqta.az
www.ucnoqta.az

Ərdoğan Əlcəzairə gedib

12:17 - 21 Noyabr 2023 tarixində dərc olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə rəsmi səfərə gedib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın Əlcəzairə səfəri zamanı ikitərəfli əlaqələrlə yanaşı Qəzza ən mühüm gündəm mövzusu olacaq.
Türkiyə və Əlcəzair ikitərəfli ticarət həcmini ən qısa zamanda 10 milyard dollara çatdırmağı hədəfləyir.
Prezident Ərdoğanla birlikdə Əlcəzairə xarici işlər naziri Hakan Fidan, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, ticarət naziri Ömər Bolat, Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və Prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç yola düşübb.

Müəllif: Ucnoqta.az redaksiyası