Ucnoqta.az
www.ucnoqta.az

Fransada avtomobilin üzərinə meteorit düşüb

12:04 - 21 Noyabr 2023 tarixində dərc olunub.

Strasburqun cənub bölgəsi sakininin avtomobili şübhəli meteorit düşməsi nəticəsində zədələnib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu hadisə yerinə gələn xilasedicilərin irəli sürdüyü əsas versiyadır.

Hadisə şahidləri “dəhşətli uğultu” və yol boyu dayanmış avtomobildən tüstü gəldiyini bildiriblər. Hadisə yerinə gələn xilasedicilər avtomobilin damında 40 santimetrlik deşik aşkar ediblər. Uzun sürən yoxlamadan sonra onlar maşının altından iki santimetrlik “daş və ya taxta parçası” tapıblar və onu tanımaq mümkün olmayıb.

İlkin nəticə səma cisminin düşməsi ehtimalı olub. Hadisə yerinə radioloji monitorinq mütəxəssisləri cəlb edilib, lakin onlar icazə verilən fondan artıqlığı qeydə almayıblar. Naməlum obyekt polisə təhvil verilib, daha sonra ekspertiza üçün Parisə göndərilib, nəticələr barədə hələ heç bir məlumat verilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası