Ucnoqta.az
www.ucnoqta.az

İranda 4,7 bal gücündə zəlzələ olub

21:02 - 20 Noyabr 2023 tarixində dərc olunub.

İranın cənubunda 4,7 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 352 min nəfər əhalisi olan Bəndər Abbas şəhərindən 62 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası