Ukrayna Silahlı Qüvvələri LBS-dən 32 km aralıda, Xerson vilayətinin işğal olunmuş Tarasovka aerodromuna zərbə endirib.
Ucnoqta.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, anqar məhv edilib. Məlumata görə, Rusiyanın iki "An-12" hərbi-nəqliyyat təyyarəsi zədələnib. Hücum noyabrın 18-i səhər saatlarında baş verib.