Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtobus iki qadını vurub öldürdü

09:32 - 19 Noyabr 2023 tarixində dərc olunub.

Bakının Sabunçu rayonunda iki piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat şossesində qeydə alınıb.

İdarəetməni itirən avtobus 2 qadını vurub. Hər iki piyada hadisə yerində həyatını itirib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası