Birləşmiş Ştatlar Tayvanı silahlandırmaqdan və Çinin daxili işlərinə qarışmaqdan əl çəkməlidir.
Ucnoqta.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq keçirdiyi brifinqdə bildirib.
“Tayvan məsələsi həmişə Çin-Amerika münasibətlərində ən mühüm və həssas olub. Birləşmiş Ştatlar Tayvanı silahlandırmağı dayandırmalı, Çinin daxili işlərinə qarışmağı dayandırmalı və Çinin sülh yolu ilə birləşməsini dəstəkləməlidir” - Mao Ning deyib.///tass