İrəvan Dövlət Universitetinin fizika və kimya fakültələrinin yerləşdiyi binalardan birində partlayış baş verib.
Ucnoqta.az erməni mətbuatına istinadənxəbər verir ki, hadisə yerindən 3 nəfər yanıq xəsarətləri ilə təcili yardım həkimləri tərəfindən xəstəxanaya aparılıb, yanğınsöndürənlər içəridə kəşfiyyat işləri aparıb, 1 meyit tapıb, 1 mühafizə əməkdaşı təxliyə zamanı tüstüdən zəhərlənib.
Onlara tibbi yardım göstərilir.