Ucnoqta.az
www.ucnoqta.az

Mopedi aşıran şəxs 5 gün sonra öldü

10:03 - 17 Noyabr 2023 tarixində dərc olunub.

Gəncədə yol qəzasında xəsarət alan moped sürücüsü vəfat edib.

Noyabrın 11-də Atatürk prospketində “Moon” markalı mopedin aşması nəticəsində ağır xəsarət alan 1981-ci il təvəllüldü Ramil Əskərov noyabrın 16-da xəstəxanada ölüb.

Bildirilir ki, mopedin yoldan çıxaraq aşması zamanı sürücünün kəllə sümüyündə sınıqlar və beynində qanaxma yaranıb.

Faktla bağlı araşdırma aparılır.///qafqazinfo

Müəllif: Ucnoqta.az redaksiyası