Ucnoqta.az
www.ucnoqta.az

Bakıda tikiş sexi və anbar yanıb

19:24 - 14 Noyabr 2023 tarixində dərc olunub.

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 313 m² olan tikilinin (tikiş sexi və anbar kimi fəaliyyət göstərir) içərisində 1 ədəd dəzgah və 10 top parça yanıb.

Yüksək temperaturdan tikilinin lambirdən ibarət tavanı 223 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası