Ucnoqta.az
www.ucnoqta.az

Paşinyan və Lukaşenko arasında telefon danışığı olub

11:49 - 14 Noyabr 2023 tarixində dərc olunub.

Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb

Ucnoqta.az xəbər verir ki, telefon danışığı zamanı noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasının təşkili ilə bağlı məsələlər müzakirə edilib:

Paşinyan Belarus prezidentinə görüşdə iştirak edə bilməyəcəyi barədə məlumat verib və KTMT tərəfdaşlarının bu qərara anlayışla yanaşacağına ümid etdiyini bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası