Ucnoqta.az
www.ucnoqta.az

Özbəkistanda zəlzələ olub

08:23 - 13 Noyabr 2023 tarixində dərc olunub.

Düşənbə yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Düşənbədən 10 km aralıda saat 08:34-də 4,5 bal gücündə zəlzələ qeydə alınıb. 

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Mərkəzi Asiyada baş verən zəlzələləri izləyən seysmik proqnozlaşdırma monitorinq mərkəzinin məlumatına görə, zəlzələnin episentri Düşənbənin mərkəzindən təxminən 10-15 km şimalda və 10-15 km dərinlikdə yerləşib.

Müəllif: Ucnoqta.az redaksiyası