Ucnoqta.az
www.ucnoqta.az

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına səfərə gedib

15:08 - 10 Noyabr 2023 tarixində dərc olunub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 10-da Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasında iştirak edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası