Ucnoqta.az
www.ucnoqta.az

Qubada əməliyyat: 16 nəfər saxlanılıb - FOTO

10:41 - 7 Noyabr 2023 tarixində dərc olunub.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 ay ərzində rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi, satışı və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan ümumilikdə 16 nəfər saxlanılıb.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Qanunsuz dövriyyədən ümumilikdə 5 kiloqram marixuana, 100 qrama yaxın heroin, 5 qram metamfetamin və 15 qram tiryək çıxarılıb.

Bütün faktlarla bağlı Quba Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb.

Müəllif: Ucnoqta.az redaksiyası