Ucnoqta.az
www.ucnoqta.az

Ekvadorda güclü zəlzələ olub

08:16 - 7 Noyabr 2023 tarixində dərc olunub.

Ekvadorda 5,1 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların mənbəyi 16 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası