Ucnoqta.az
www.ucnoqta.az

Salyanda ev yanıb

08:36 - 6 Noyabr 2023 tarixində dərc olunub.

Salyan rayonunun Aşağı Noxudlu kəndində ümumi sahəsi 65 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 45 m² sahədə və ev əşyaları yanıb.

FHN-dən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası