Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

20:26 - 5 Noyabr 2023 tarixində dərc olunub.

Gəncədə avtomobil piyadanı vurub.

APA-nın məlumatına görə, hadisə şəhərin çıxışında Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Xəsarət alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası