Ucnoqta.az
www.ucnoqta.az

Azər Məmmədov istefa anonsu verdi

18:26 - 4 Noyabr 2023 tarixində dərc olunub.

Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən “Qarabağ” - “Kəpəz” matçından sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov komandadan getmək istədiyini açıqlayıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu barədə deyib:

“Bu gün rəhbərliklə görüşəcəm. Söhbətimiz olacaq. Qərar nə olacaqsa, yaxın günlərdə açılnacaq. Getmək haqda düşünürəm”. 

Qeyd edək ki, qarşılaşma “Kəpəz”in 1:7 hesablı məğlubiyyəti ilə nəticələnib.

Müəllif: Ucnoqta.az redaksiyası