Türkiyə İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. Bildirilir ki, Türkiyə İsraildən səfirini məsləhətləşmələr üçün geri çağırıb.
“İsrailin dinc əhaliyə qarşı davam edən hücumları nəticəsində Qəzza zolağında baş verən humanitar faciə və İsrailin atəşkəs çağırışını rədd etməsi və humanitar yardımın maneəsiz axını səbəbindən Tel-Əvivdəki səfirimiz Şakir Özkanın geri çağırılmasına qərar verilib”, - deyə nazirlikdən bildirilib.