Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 54 yaşlı qadını avtomobil vurub

09:10 - 1 Noyabr 2023 tarixində dərc olunub.

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, metronun "20 Yanvar" stansiyasının yaxınlığında avtomobil yolu keçən 1969-cu il təvəllüdlü Binnətova Ziyafət Zöhrab qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası