Ucnoqta.az
www.ucnoqta.az

Kolumbiya İsraildəki səfirini geri çağırdı

05:20 - 1 Noyabr 2023 tarixində dərc olunub.

Kolumbiya prezidenti Qustavo Petro çərşənbə axşamı bildirib ki, o, respublikanın İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

"Mən İsraildəki səfirimizi məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəldim. Əgər İsrail Fələstin xalqının qətliamını dayandırmasa, biz orada ola bilməyəcəyik", - dövlət başçısı  yazıb.

Müəllif: Ucnoqta.az redaksiyası