Ucnoqta.az
www.ucnoqta.az

Biıəsuvarda 3 otaqlı ev yanıb

09:27 - 31 Oktyabr 2023 tarixində dərc olunub.

Biləsuvar şəhərində ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Ucnoqta.az FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdaki tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası