Oktyabrın 7-də Yaxın Şərqdə münaqişənin qızışmasından sonra Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) ən azı 63 əməkdaşı həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə UNRWA-nın müvafiq bəyanatında Əl-Cəzirə telekanalı məlumat yayıb.
“Müharibə başlayandan Qəzza zolağında həlak olan əməkdaşların sayı 63-ə çatıb”, - deyə agentlik bildirib.
Məlumata görə, Fələstin anklavında "672 minə yaxın məcburi köçkün UNRWA-nın 149 mərkəzində sığınacaq alır".