Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mağazadan 1600 manatlıq qızıl qolbaq oğurlanıb

11:31 - 30 Oktyabr 2023 tarixində dərc olunub.

Bakıda mağazadan oğurluq edilib.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 24-də rayon ərazisindəki mağazaların birindən 1600 manat dəyərində qızıl qolbaq oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini Emil Quliyev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası