Ucnoqta.az
www.ucnoqta.az

Konqoda 5,4 bal gücündə zəlzələ baş verib

00:34 - 27 Oktyabr 2023 tarixində dərc olunub.

Konqo Demokratik Respublikasında 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin mənbəyi 15 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası