Ucnoqta.az
www.ucnoqta.az

Məşhur diktor oyun vaxtı vəfat etdi - FOTO

20:42 - 26 Oktyabr 2023 tarixində dərc olunub.

Tanınmış diktor Ramiz Qafarov vəfat edib.

Ucnoqta.az xəbər verir ki, o, bu gün axşam saatlarında ürəktutmasından dünyasını dəyişib. Bu hadisə Çelenc Kuboku çərçivəsində kişi voleybolçulardan ibarət "Xarı Bülbül" (Şuşa) komandasının 1/32 final mərhələsində Slovakiyanın "Spartak (Miyava) kollektivi ilə mübarizə aparan zaman baş verib. 

R.Qafarovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ramiz Qafarov həm də, “Qarabağ”ın ev oyunlarında stadionun diktoru idi.///qafqazinfo

Müəllif: Ucnoqta.az redaksiyası