Ucnoqta.az
www.ucnoqta.az

Lənkəranda yandırılmış vəziyyətdə meyit tapılıb

17:30 - 26 Oktyabr 2023 tarixində dərc olunub.

Lənkəran rayonunda meyit tapılıb.

"Report"un cənub bürosunun verdiyi məlumata görə, Lənkəran rayonunun "Kiçik bazar" deyilən ərazisində yandırılmış vəziyyətdə olan meyit aşkarlanıb.

Hazırda rayonun hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

Meyitin kimə məxsus olması və hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası