Ucnoqta.az
www.ucnoqta.az

Qəbələdə piyadanı avtomobil vurub

23:26 - 25 Oktyabr 2023 tarixində dərc olunub.

Qəbələdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Apa xəbər verir ki, hadisə nəticəsində Zarağan kənd sakini, 1980-ci il təvəllüdlü İsmayılov Elnur Təmraz oğlu ağır xəsarətlər alıb.

Təcili tibbi yardım göstərilən şəxs Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası