Ucnoqta.az
www.ucnoqta.az

Cəbrayıl sakini Sabirabadda bıçaqlandı

17:43 - 25 Oktyabr 2023 tarixində dərc olunub.

Sabirabadda bıçaqlanma hadisəsi olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.

Həmin kənddə məskunlaşan Cəbrayıl sakini, 1965-ci il təvəllüdlü Surxay Hüseyn oğlu Alməmmədov bıçaqlanıb.

Yaralı Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası