Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 51 yaşlı kişi qətlə yetirildi

17:49 - 24 Oktyabr 2023 tarixində dərc olunub.

Oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası