Ucnoqta.az
www.ucnoqta.az

"Evdar xanımlar, instaqram və TikTok-da az oturun"

14:04 - 24 Oktyabr 2023 tarixində dərc olunub.

Müğənni Xatirə İslam sosial şəbəkədə tənqid yazanlara cavab verib.

Axşam.az xəbər verir ki, sənətçi mətbəxtdə iş görərkən dibi yanan qazanın videosunu paylaşıb. O, xanımlara səslənərək, onlara məsləhətlər verib:

"İnstaqramda və TikTok-da vaxt keçirdəndə qazanlarınız bu günə düşəcək. Bunu ancaq tullamaq lazımdır. Ona görə də ev işləri ilə məşğul olun. Gözəl işlər edin. Ev xanımları, instaqramda və TikTok-da az oturun. Onu-bunu az müzakirə edin. Camaata ağzınıza gələn təhqiri az yazın".

Müəllif: Ucnoqta.az redaksiyası