Ucnoqta.az
www.ucnoqta.az

Betonqarışdıran avtomobil yük maşını ilə toqquşdu

19:29 - 22 Oktyabr 2023 tarixində dərc olunub.

Bakı-Qazax magistralında betonqarışdıran avtomobil yük maşını ilə toqquşub.

APA-nın xəbərinə görə, qəza Goranboy rayonu ərazisində “Azpetrol” yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verib.

Qarşısındakı yük avtomobilinə çırpılan betonqarışdıran avtomobilə ciddi ziyan dəyib. Hazırda magistral yolda qismən sıxlıq müşahidə olunur.

Müəllif: Ucnoqta.az redaksiyası