Ucnoqta.az
www.ucnoqta.az

Meksikada 5,2 bal gücündə zəlzələ baş verib

07:37 - 22 Oktyabr 2023 tarixində dərc olunub.

Meksikanın cənubundakı Gerrero ştatında 5,2 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Meksikanın Milli Seysmoloji Xidməti məlumat yayıb.

Mənbə 10 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası