Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda zəncirvari qəza olub

17:10 - 21 Oktyabr 2023 tarixində dərc olunub.

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun girişində - “ASAN xidmət” mərkəzinin qarşısında qeydə alınıb. Hərəkətdə olan “Hyundai”, KIA və “Mitsubushi” markalı minik maşınları toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Müəllif: Ucnoqta.az redaksiyası