Ucnoqta.az
www.ucnoqta.az

Temperatur tədricən yüksələcək - PROQNOZ

10:06 - 20 Oktyabr 2023 tarixində dərc olunub.

Bəzi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 20-si səhərdən tədricən kəsiləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində bu gün gündüz və oktyabrın 21-22-də hava şəraiti mülayim, sabit keçəcək.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

Müəllif: Ucnoqta.az redaksiyası